Neftçalada DƏHŞƏT:  qayınatasını və arvadını vintaçanla deşdi
24 iyul 2025 10:08 (UTC +04:00)

Neftçalada DƏHŞƏT: qayınatasını və arvadını vintaçanla deşdi

Neftçalada kişi qayınatasını və arvadına xəsarətlər yetirib.

Lent.az xəbər verir ki, hadisə Xıllı qəsəbəsində qeydə alınıb.

Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu parkda vintaçanla yaralayıb. Sonra isə öz arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona da bədən xəsarətləri yetirib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458

Oxşar yazılar