Narkotikin təsiri altında  maşın sürən şəxs saxlanıldı
31 may 2024 07:26 (UTC +04:00)

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Lada” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, sürücü M. Abdullayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 23 sürücü barəsində inzibati protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar