Xızı sakinindən götürülən narkotik və silah
20 may 2021 10:01 (UTC +04:00)

Xızı sakinindən götürülən narkotik və silah

Narkotik alverçisindən odlu silah tapıldı -FOTO

Xızı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şorabad qəsəbə sakini Mehman Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, axtarış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Axundovun yaşadığı evində keçirilən  axtarış zamanı isə oradan bir ədəd lüləsi kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Mehman Nəbiyev

Oxşar yazılar