Rusiyanın paytaxtı Moskvada 50 yaşlı “qanuni oğru” tutulub.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, kriminal aləmdə “Zaur Suxumski” ləqəbli ilə tanınan Zaur Qvadzabyanın üzərindən 4 qram mefedron götürülüb.
İlkin dindirmələr zamanı onun “qanuni oğru” olub-olmaması barədə sual verilib və o, bu suala “mən Rusiya vətəndaşıyam”, - cavabını verib.
Qeyd edək ki, o, Kutaisi şəhər klanına aiddir.