Bakının Mərdəkan qəsəbəsində oğurluq olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.