Cəlilabadda narkotik alverçiləri saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakinləri S.Quliyev və Z.Zeynalov sonuncuya məxsus “Chevrolet” markalı avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 4 bağlamada ümumi çəkisi 12 kiloqram 120 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin narkotik vasitəni S.Quliyev xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və həmin şəxsin deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.
Faktla bağlı araşdırma aparılır.