Maşından 10 kilodan çox heroin tapıldı
24 may 2021 13:31 (UTC +04:00)

Maşından 10 kilodan çox heroin tapıldı

Cəlilabad rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin Cəlilabad rayon Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Cəlilabad rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini A.Əlili, Bakı şəhər sakinləri C.Sumbatov və C.Babayev sonuncunun idarə etdiyi “Khazar” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə keçirilən baxış zamanı A.Əlili və C.Sumbatovun üzərindən bir bükümdə heroin, avtomobildən isə 7 bükümdə, çəkisi 10 kiloqram 625 qram olan heroin, 2 ədəd bıçaq, 3 ədəd şpris və 1 ədəd şüşə ampula aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440
avatar

Mehman Nəbiyev

Oxşar yazılar