Masallıda narkotik satan "Shacman" sürücüsü saxlanıldı
16 dekabr 2023 13:52 (UTC +04:00)

Masallıda narkotik satan "Shacman" sürücüsü saxlanıldı

Masallıda sürücü külli miqdarda narkotiklə tutulub.

Lent.az xəbər verir ki, 56 yaşlı Ağayev Cavid Məzaim oğlu Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən idarə etdiyi "Shacman" markalı avtomobillə birgə saxlanılaraq, şöbəyə gətirilib.

Burada onun əynindəki paltardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkaralanaraq götürülüb. Bundan əlavə, onun idarə etdiyi yük avtomobilindən 2 ədəd elektron tərəzi tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924
avatar

Oxşar yazılar