Kürdəmirdə mağazada quldurluq olub.
Daxil İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kürdəmir rayon Polis Şöbəsinə müraciət edən Sığırlı kənd sakini S.Qurbanov aprelin 23-də saat 23 radələrində işlədiyi mağazaya gəlmiş bir nəfərin onu döyərək 600 manat pul və danışıq kartları apardığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini Q.Qaçayev müəyyən edilərək saxlanılıb.