Lənkəranskinin "oğru" adı verdiyini Misirdə həbs etdilər
23 may 2022 17:09 (UTC +04:00)

Lənkəranskinin "oğru" adı verdiyini Misirdə həbs etdilər

Misir məşhur gürcü “qanuni oğru” David Qerlianini Rusiyaya təhvil verib. Lent.az-ən Rusiya KİV-ə istinadən məlumatına görə, “Dato Svan” ləqəbli “qanuni oğru” bir neçə ağır cinayətdə ittiham edilir. 

Məlumata görə, Qerliani cinayətkar qruplaşma yaradaraq iş adamlarına qarşı soyğunçuluqla məşğul olub. O, illər öncə Rusiyadan qaçaraq Misirə sığınıb. 
Haqqında İnterpol xətti ilə axtarış verilsə də, uzun müddət gizlənə bilmişdi. 
“Dato Svan” Rövşən Lənkəranskinin klanına aid oğrulardan sayılırdı. Təsadüfi deyil ki, onu taclandırandan biri də məhz Lənkəranski olmuşdu.

# 2649
avatar

Səbuhi Sədəf

Oxşar yazılar