Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini A.Ağabalayevin Xətai rayonundakı kirayədə yaşadığı mənzilə baxış keçirilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, oradan 1 kiloqram 147 qramdan artıq heroin, 72 qramdan artıq tiryək və 14 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.