Salvadorda keçmiş polis onlarla qadını öldürüB və cəsədlərini öz həyətində basdırıb.
51 yaşlı keçmiş polis Uqo Ernesto Osorio Çaves qadını və qızı öldürmək ittihamı ilə may ayında tutulub. O, əvvəllər cinsi cinayətlər törətməkdə şübhəli bilinirdi.
Osorio Çavesin evində aparılan axtarışlar zamanı qadınların cəsədləri olan yeddi çuxur tapılıb. İndiyədək 24 cəsəd çıxarılıb, onun qurbanlarının sayının 40-a çatacağı istisna olunmur.
Prokurorluq keçmiş polis və ordu zabitləri də daxil olmaqla daha 9 şübhəli barəsində həbs qərarı çıxarıb. İstintaq versiyasına görə, onlar qatilin ortaqları ola bilər və qurbanlarını aldatmağa kömək edə bilərlər.