Bakıda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 dollar, sənəd və təqaüd kartı olan pulqabısı soyğunçuluq yolu talanıb.
Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.