Keçmiş məhkum heroinlə tutuldu
17 sentyabr 2021 14:01 (UTC +04:00)

Keçmiş məhkum heroinlə tutuldu

Astarada narkotik alverçisi saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 490 qram heroin və elektron tərəzi götürülüb.

# 1884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar