Ağsu rayonu ərazisində Nüydü kənd sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov S.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tələb etdiyi 13 min manat pulu almaq istəyib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, pulu alanda saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.