Türkiyədə əyləncə məkanında silahlı insident olub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhərinin Beşiktaş adlanan ərazisində baş verib. Əyləncə məkanlarının birində müştəri olan Zeynel B. bir mahnı sifariş verib. Lakin sifarişi yerinə yetirilmədiyi üçün əsəbiləşərək məkanı tərk edib.
Sonradan silahla əraziyə qayıdan əsəbi müştəri əyləncə məkanının qarşısında 3 nəfəri güllələyib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis cinayətkarın saxlanılması üçün əməliyyatlara başlayıb.