İŞİD-də döyüşən azərbaycanlı həbs olundu - VİDEO
24 may 2021 16:31 (UTC +04:00)

İŞİD-də döyüşən azərbaycanlı həbs olundu - VİDEO

Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırmalar zamanı Azərbaycan vətəndaşı, 35 yaşlı Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub.

Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyəyə, oradan isə qanunsuz yollarla Suriyaya keçərək həmin dövlətin Rakka şəhərinə gedib. Orxan Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Orxan Camalov Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İŞİD-də döyüşən daha bir azərbaycanlı tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Mehman Nəbiyev

Oxşar yazılar