İş yerindən oğurluq edib özünə maşın aldı -  ŞƏKİDƏ
25 may 2021 13:02 (UTC +04:00)

İş yerindən oğurluq edib özünə maşın aldı - ŞƏKİDƏ

Fevralın 26-da Şəki şəhəri ərazisində fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus “Mercedes” markalı avtomobildən 14072 manat pul oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin cəmiyyətin işçisi F.Əliyev saxlanılıb.

Ondan həmin pulla aldığı “Nissan” markalı avtomobil maddi sübut kimi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118
avatar

Mehman Nəbiyev

Oxşar yazılar