İş adamını küçədə öldürdülər - Silahlı HÜCUM
23 dekabr 2023 18:09 (UTC +04:00)

İş adamını küçədə öldürdülər - Silahlı HÜCUM

Türkiyədə iş adamı qətlə yetirilib. 

Lent.az-ın məlumatına görə, hadisə İstanbulun Pendik qəsəbəsində baş verib. Məlumata görə, 37 yaşlı iş adamı Emrah A. pul çıxarmaq üçün bankomatın qarşısına gedib. Bankomatda pul çıxararkən naməlum şəxs arxadan hücum edərək odlu silahdan ona atəş açıb.

Daha sonra cinayətkar ərazidən qaçıb. Hadisə yerinə gələn həkimlər Emrah A.-nın öldüyün müəyyən ediblər.

Hazırda qətli törədənin tapılması üçün axtarış işləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Oxşar yazılar