Sumqayıtda iki uşaq anasının intihar etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin “Xmistroy” adlanan ərazisində qeydə alınıb. Təxminən 30 yaşlarında olan qadının ailədaxili məsələlər səbəbindən intihar etdiyi iddia olunur. İddiaya görə, qadının əri başqa qadınla münasibətdə olub. Bundan xəbər tutan mərhumə isə onu qəbul edə bilməyib. Onun məhz bu səbəbdən özünü asıb öldürməsi ehtimal olunur.
Meyit dünən dəfn edilib.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
***
16.03.2021
Saat: 15:50
Sumqayıtda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, şəhər ərazisində 2 uşaq anası olan qadın yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.
İntiharın səbəbi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma aparılır.