"İdeal"ın sabiq rəhbəri hakim qarşısına çıxarılır -FOTO
07 may 2021 09:31 (UTC +04:00)

"İdeal"ın sabiq rəhbəri hakim qarşısına çıxarılır -FOTO

"İdeal" mağazalar şəbəkəsinin sabiq rəhbəri İlqar İsmayılovun cinayət işi üsrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, İ.İsmayılov barəsində bu il aprelin 6-da həbs-qətimkan qərarı seçilib. O, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421
avatar

Mehman Nəbiyev

Oxşar yazılar