Həmkəndlisini güllələdi
23 aprel 2021 14:01 (UTC +04:00)

Həmkəndlisini güllələdi

Ağsuda həmkəndlisini güllələyib öldürən Qaya Hacıyevin cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Bilal Məmmədovun icraatına verilib.

Xatırladaq ki, bu il yanvarın 20-də saat 14 radələrində Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Hacıyev Mürvət Zabit oğluna odlu silahdan açılan atəşlə çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilərək, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 53 yaşlı Hacıyev Qaya Seyidəhməd oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qaya Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Mehman Nəbiyev

Oxşar yazılar