Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Xidmətdən Lent.az-a veriln xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Hənifəyev Emin Nizami oğluna qohumu, Bakı şəhər sakini Fiziyev Vsevolod Borisoviçin göndərdiyi banderola baxış keçirilən zaman orada şalvarın astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,554 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.