Gəncədə 7 ay əvvəl edilən oğurluğun üstü açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 2020-ci il oktyabrın 10-da şəhər ərazisindəki evlərin birindən 13500 manat dəyərində spirtli içki, gümüş və məişət əşyaları oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb.