Oğurlanan kanalizasiya qapaqları
02 aprel 2021 14:05 (UTC +04:00)

Oğurlanan kanalizasiya qapaqları

Gəncədə kanalizasiya qapaqları oğurlandı -FOTO

Gəncədə kanalizasiya qapaqlarını oğurlayan şəsx saxlanılıb.

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Rayon Polis İdarəsi əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Qoşqar Əliyev tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları Eldəniz adlı tanışı ilə oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib.

Hazırda oğurluq hadisəsini törətməkdə şübhəli bilinən digər şəxsin saxlanılaraq istintaq təqdim edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1440
avatar

Mehman Nəbiyev

Oxşar yazılar