Oktyabrın 12-də Gəncə şəhər sakinləri A.Süleymanov və A.Hüseynovanın mobil telefonlarını oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini A.Paşayev saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun həmin gün sərnişin avtobusunda şəhər sakini F.İsmayılovun 150 manat pulunu və mobil telefonunu oğurlaması da müəyyən edilib.