Gəncədə boynundan bıçaqlanan kişi öldü  - YENİLƏNİB
01 oktyabr 2022 10:00 (UTC +04:00)

Gəncədə boynundan bıçaqlanan kişi öldü - YENİLƏNİB

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 46 yaşlı Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***
Saat: 07:40

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

Fuad Abdulhəmidov boyun nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilsə də, həyatını xilas etmək mümükün olmayıb. Hadisənin səbəbi məlum deyil.
 

# 3849
avatar

Oxşar yazılar