Gəncədə 25 yaşlı  gəncin qətlə yetirilməsi ilə bağlı rəsmi açıqlama -YENİLƏNİB
03 fevral 2026 09:58 (UTC +04:00)

Gəncədə 25 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı rəsmi açıqlama -YENİLƏNİB

1

Fevralın 3-də 25 yaşlı Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, ilkin araşdırmalarla cinayətin 37 yaşlı Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı  Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.
 

***

07:45

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

5:31

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

00:31

Gəncə sakininə kəsici alətlə xəsarət yetirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1774

Oxşar yazılar