Gəncə bazarında   DƏHŞƏT: oğul anasını  öldürdü - YENİLƏNİB
28 avqust 2026 13:23 (UTC +04:00)

Gəncə bazarında DƏHŞƏT: oğul anasını öldürdü - YENİLƏNİB

0

Gəncədə anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis saxlayıb.

Lent.az-ın xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.

***
13:10

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Food city" bazarında qeydə alınıb.

Sözügedən bazarda dükanda qadın paltarı satan 64 yaşlı L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar