Evinin həyətində həmkəndlisini öldürdü – Polis saxlayıb
27 iyul 2021 09:26 (UTC +04:00)

Evinin həyətində həmkəndlisini öldürdü – Polis saxlayıb

İyulun 27-i saat 02 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

# 1827
avatar

Oxşar yazılar