Evində yetişdirdiyi narkotiki həbsdəki qardaşına  gətirdi    -  FOTO
01 noyabr 2022 19:31 (UTC +04:00)

Evində yetişdirdiyi narkotiki həbsdəki qardaşına gətirdi - FOTO

Həbsxanada qardaşına narkotik verməyə çalışan şəxs saxlanılıb. 

Pentensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gələn qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 qram narkotik maddə - tiryək aşkar edilib.

Sonra Ədliyyə nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı istintaq təcridxanasının əməliyyat aparatının və Sabunçu rayon Polis idarəsinin əməkdaşları ilə birğə keçirilmiş əməliyyat tədbirləri nəticəsində R.İbrahimovun yaşadığı Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən evində axtarış aparılan zaman orada gizlədilmiş 33 ədəd narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram olan müxtəlif növlü narkotik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2853
avatar

Arzu Qurbanlı

Oxşar yazılar