Əvəz Zeynallıya məhkəmədə iştirakı üçün  SON ŞANS VERİLDİ
24 noyabr 2023 18:05 (UTC +04:00)

Əvəz Zeynallıya məhkəmədə iştirakı üçün SON ŞANS VERİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, Əvəz Zeynallının ötən prosesdə baş verən qalmaqaldan sonra məhkəmə zalına gətirilməməsi qərarı barədə müzakirələr aparılıb. 

Hakim Əli Məmmədov bildirib ki, Əvəz Zeynallı iştirak etmədiyi prosesdə müdafiəçilərinin də iştirakını istəmir. Bu səbəbdən ötən prosesdə Aqil Layıc, Rəşad Əliyevin prosesdə iştiraına xitam verilib. 

Digər vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldırıb ki, Əvəz Zeynallının iştirakı təmin olunsun. Çünki şahidlərin onun iştirakı olmadan dindirilməsi mümkün deyil.

Elnur Şükürov da Əvəz Zeynallının məhkəmədə iştirakına imkan verilməsini xahiş edib.

Prokuror bildirib ki, Əvəz Zeynallı məhkəmə prosesinin qaydalarına əməl etmir, təhqir, böhtan xarakterli fikirlər səsləndirir. 

Məhkəmə yerində müşavirə edərək, Əvəz Zeynallının iştirakının təmin olunmasına qərar verib. O, məhkəmə zalına gətirilib.

Vəkil Rəşad Əliyev yenidən onun müdafiəsinə qoşulduğunu açıqlayıb və bunu təsdiqləyən orderi məhkəməyə təqdim edib.

Vəkil Rəşad Əliyevin fəaliyyəti yenidən bərpa edilib. Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib.

Şahid Sadıq Həsənli bildirib ki, Rasim Məmmədov xalası qızının həyat yoldaşıdır:

“İki dəfə prokurorluqda dindirilmişəm. Əvəz Zeynallı Rasim Məmmədov haqqında dəfələrlə çıxış edirdi. Deyirdi ki, Rasim Məmmədov monopoliya yaradır, quldurluq edir. Bunların qarşısını almaq üçün vəkil Elçin Sadıqov Əvəz Zeynallıya pul verməyi təklif etdi. Xalam qızı Mehriban Məmmədova onunla razılaşıb, həmin axşam sürücüyə 20 min manat pul verdi ki, Elçin Sadıqova çatdırsın. O da Əvəz Zeynallıya versin. Amma pul veriləndən sonra da Əvəz Zeynallı yenə danışdı. Elçinə deyəndən sonra gətirib pulu qaytardı”.

Əvəz Zeynallı onun istintaqda iki dəfə ifadə verdiyini və bu ifadələrin arasında ziddiyyətlər olduğunu deyib.

Sonra məhkəməyə gəlməyən şahidlərin ifadələrinin elan olunması məsələsinə baxılıb. Rasim Məmmədovun yoldaşı şahid Mehriban Məmmədova ölkə hüdudlarında olmadığı üçün prosesdə iştirak edə bilməyəcəyi barədə məhkəməyə ərizə ilə müraciət edib. O, ölkəyə yalnız ilin sonunda gələcəyini deyib. 

Əvəz Zeynallı prosesdə şahid qismində çıxış edəcək şəxsin əlini, qolunu sallayaraq ölkədən çıxmasına etiraz edib.

Hakim şahidlərin ölkədən çıxışına qadağa qoyulması barədə heç bir qanunun olmadığını bildirib.

Elçin Sadıqova isə oktyabrın 25-də məhkəməyə ərizə göndərib. Bildirib ki, eyni cinayət işi üzrə o da təqsirləndirilən şəxsdir. Belə halda, bu iş üzrə şahid qismində dindirilə bilməz. Elçin Sadıqov istintaqdakı ifadəsini təsdiqləyib. 

Əvəz Zeynallı və vəkilləri bu şəxslərin məhkəməyə gətirilməsini istəyib və istintaqdakı ifadələrinin elan olunmasına etiraz edib. 

Vəkil Rəşad Əliyev bildirib:

“Elçin Sadıqov eyni cinayət işi üzrə həm təqsirləndirilən şəxsdir, həm də şahid kimi dindirilir. Şahid yalan ifadə verə bilməz, çünki and içir. Amma təqsirləndirilən şəxsin belə bir öhdəliyi yoxdur. Hüquqi nihilizm yaranır bu işdə”.

Hakim Elçin Sadıqovun məcburi məhkəməyə gətirilməsi barədə qərar verib.  

Məhkəmə prosesi dekabrın 8-nə qədər təxirə salınıb.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.al müştəri idi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5754
avatar

Fidan İlqar

Oxşar yazılar