Evdən 15 min manatlıq oğurluq etdilər
20 may 2021 13:33 (UTC +04:00)

Evdən 15 min manatlıq oğurluq etdilər

Sumqayıtda ev qarət olunub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, mayın 13-də şəhər ərazisindəki evlərin birindən 6000 manat pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Cabbarov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Mehman Nəbiyev

Oxşar yazılar