Bir neçə dəfə yanğın hadisəsi olan “Eurohome” MMC-nin direktoru Samir Məmmədova qarşı cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, MMC-nin direktoru S.Məmmədov və Amil Salmanov Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan olunub.
Cinayət işi üzrə 126 nəfər zərərçəkmiş qismində çıxış edir.