Nijni Novqorod vilayətində çoxsaylı bıçaq xəsarətləri alan ərlə arvadın cəsədləri tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ölənlər Lukoyanov rayonundakı xüsusi bir evin ərazisində aşkarlanıb.
İlkin məlumata görə, qadın ərini bıçaqlayaraq öldürüb, qismən parçalayıb və qalıqlarını bağa atıb. Qadın bundan sonra özünü də öldürüb.
Məhkəmə ekspertləri qadının cəsədinin yanında videonu mobil telefonda izləmək xahişi ilə bir qeyd tapıblar. Müstəntiqlər hadisənin bütün detallarını müəyyənləşdirirlər.