Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 34 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.