Bakıda evdən oğurluq edilib.
Lent.az-ın məlumatına görə, aprelin 4-də Məhəmmədi kəndi ərazisində Aqil adlı şəxsə məxsus fərdi yaşayış evindən 4500 manat pul oğurlanıb. Məlumata əsasən, ev sahibi həmin gün saat 23 radələrinə 20 dəqiqəliyinə qonşu küçədəki dostugilə gedib. Bu ərəfədə naməlum şəxs və ya şəxslər evin dəmir məhəccərini qıraraq içəri daxil olub.
Faktla bağlı yerli Polis Şöbəsində araşdırma aparılır.