Voronej Vilayət Dumasının deputatının köməkçisi bağ evində qonşusu tərəfindən öldürülüb. Kişi onun başına balta ilə vurub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Novaya Çiqla kəndində baş verib. Məlumata görə, noyabrın 1-də kənddə 74 yaşlı qadın evinin astanasında ölü tapılıb. Polis tez bir zamanda cinayətkarı müəyyən edib. Məlum olub ki, deputatın daçadakı köməkçisini onun 33 yaşlı qonşusu Sergey Skoroboqatov öldürüb.
Məlum olub ki, axşam saatlarında kişi təqaüdçünün yanına gələrək ondan spirtli içki istəyib. Qonşu imtina etdikdə, o, baltanı götürərək qadının başına sapı ilə vurub. Qadın huşunu itirib.
Təqsirləndirilən şəxs saxlanılıb. Onun 2019-cu ildə oğurluqda, 2009-cu ildə isə başqasının əmlakını qəsdən məhv etməkdə ittiham olunduğu bildirilir.
Təqaüdçünün hazırda regional Dumada işlədiyi qeyd olunur.