Azərbaycanda axtarışda   olan kişinin meyiti küçədə tapıldı
01 sentyabr 2026 19:29 (UTC +04:00)

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

0

Tərtərdə küçədən meyit tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Qapanlı kəndində baş verib.

Kənd sakini 46 yaşlı Eyvaz İlya oğlu Əliyevin meyiti yaşadığı kəndin ərazisində, küçədə aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir.

Məlumata görə, Eyvaz Əliyev borclu qismində axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar