Dəhşətli QƏTL   - Sevgilisini, anasını və bacısını öldürdü: 3 gün meyitlərlə yaşadı
08 aprel 2021 16:01 (UTC +04:00)

Dəhşətli QƏTL - Sevgilisini, anasını və bacısını öldürdü: 3 gün meyitlərlə yaşadı

24 yaşlı Kim The Hen, üç cəsəd olan bir mənzildə tapıldıqdan sonra həbs olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, polisin verdiyi məlumata görə, oğlan bir onlayn oyunda tanış olduğu qızın evinə gəlib və ailəsi ilə birlikdə onu bıçaqlayaraq qətlə yetirib. Cinayətdən sonra təqsirləndirilən şəxs tutulmasına qədər üç gün bu evdə yaşayıb.

Dəhşətli faciə Cənubi Koreyanın paytaxtı Seul şəhərində baş verib.

Müstəntiqlərin bildirdiyinə görə, Kim onunla onlayn oynayan qıza aşiq olub, lakin o, buna müsbət cavab verməyib.

Kim özünü bir kuryer kimi təqdim edib və qız evdə olmayanda mənzilə daxil olub. Qapını bacısı açıb və əvvəlcə onu öldürüb. 

Təxminən beş saat, anası evə qayıdana qədər pusquda oturub, sonra da 24 yaşlı sevgilisi gəlib. O, bütün qurbanlarını bıçaqlayıb öldürüb və 3 gün orada yaşayıb. Bu müddətdə mobil telefonundakı bütün informasiyaları silib. Saxlanıldıqdan sonra psixiatrik müayinəyə göndərilib. 
 

# 3375
avatar

Oxşar yazılar