Daşkəsəndə dəhşət: otlaq sahəsinə görə kirvəsini öldürdü-YENİLƏNİB
16 avqust 2023 15:20 (UTC +04:00)

Daşkəsəndə dəhşət: otlaq sahəsinə görə kirvəsini öldürdü-YENİLƏNİB

Avqustun 16-da saat 11 radələrində Daşkəsən rayonunun Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə həmkəndlisi Məmməd Əmrahova xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.  Elnur Quluiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Daşkəsəndə baş verən qətlin təfərrüatları məlum olub. 

Lent.az xəbər verir ki, Qabaqtəpə kənd sakinləri Məmməd Əmrahov  və Elnur Quliyev kirvəlikdən əlavə həm də qonşu olublar. Ə. Məmmədin heyvanlarını Q. Elnurun otlaq sahəsində otarması aralarında münaqişəyə səbəb olub. Tərəflər bir- birini təhqir edib, nəticədə Q. Elnur Ə. Məmmədi bıçaqlayaraq öldürüb. 
 

***

14:26

Avqustun 16-da saat 12:30-da Daşkəsən rayonu Qabaqtəpə kəndində 54 yaşlı Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4170
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar