Daha bir rayonda "patı" satanlar tutuldu - FOTO
03 noyabr 2021 18:08 (UTC +04:00)

Daha bir rayonda "patı" satanlar tutuldu - FOTO

Hacıqabulda narkotik satanlara qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi  tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri - Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış zamanı onlardan “patı” və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul rayon Polis Şöbəsində araşdırmalar aparılır.

# 2061
avatar

Mehman Nəbiyev

Oxşar yazılar