Borca görə oğlanı qaçırıb ağaca bağladı
07 iyun 2023 15:48 (UTC +04:00)

Borca görə oğlanı qaçırıb ağaca bağladı

Kemerovo vilayətində 19 yaşlı oğlan borcu olduğu adam tərəfindən qaçırılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə iyunun 5-də Krasnoyarsk diyarının Kuzbass ərazisində, Tyajinski kəndində baş verib. 19 yaşlı oğlanın 34 yaşlı şəxsə borcu olub və onu uzun müddət qaytarmayıb.

Kişi gənc oğlanı zorakılıqla borc öhdəliklərini yerinə yetirməyə məcbur etmək qərarına gəlib. O, gəncin üzünə yumruqla vurub və sonra maşınına mindirərək yaxınlıqdakı meşəyə aparıb. Orada təcavüzkar qaçırılan şəxsi yedəkləmə kəməri ilə ağaca bağlayıb, pulun geri qaytarılmasını tələb edib. Sonra isə oğlanı meşədə qoyaraq avtomobillə hadisə yerindən qaçıb.

Zərərçəkən qaça bilib və hadisə barədə polisə məlumat verib. Başlanmış cinayət işi üzrə şübhəli şəxs saxlanılıb.

Araşdırma aparılır.

# 2340
avatar

Oxşar yazılar