Biznesmeni   döyüb girov götürdülər
16 noyabr 2023 16:37 (UTC +04:00)

Biznesmeni döyüb girov götürdülər

Penza vilayətində iş adamını oğurlayıb qarət etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, noyabrın 13-də üç nəfər Moskva hüquq firmasının baş direktorunun mənzilinə soxulub. Zərərçəkmişi tapançaya bənzər əşya ilə hədələyərək iş adamını şiddətlə döyüblər və ondan 5 milyon rubl (təxminən 95 min manat) pul alıblar. Sonra həmin adamı maşına mindirərək gözdən itiblər.

Cinayətkarların avtomobili Penza vilayətinin Mokşan kəndində tapılıb. Polis üç nəfəri saxlayıb və qaçırılan şəxsi azad edib.

“Saxlanılanlardan səssiz atəş qurğusu olan tapançaya bənzər əşya və zərərçəkənin mobil telefonu götürülüb”, - Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

# 3441
avatar

Oxşar yazılar