Bina tikmək üçün ağacları kəsdirən şirkət rəhbəri HAKİM QARŞISINDA
02 mart 2021 14:50 (UTC +04:00)

Bina tikmək üçün ağacları kəsdirən şirkət rəhbəri HAKİM QARŞISINDA

Bakıda bina tikintisi üçün ətrafdakı ağacları kəsən şirkət sədri Rəhimov İlqar Vəliyəddin oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, cinayət iş ibaxılamsı üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında “Mahal” MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi  ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, Rəhimov İlqar Vəliyəddin oğlunun “Mahal” MTK-nın  sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “Mahal” MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı  şübhələr müəyyən edilib. 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar