11 may 2021 14:41 (UTC +04:00)

Beynəlxalq axtarışda idi, Azərbaycana gətirildi

"Azərbaycanın  Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasınıntələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan  ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib".

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ömərzadə Zahid Xandadaş oğlunun – 2014-2015-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif işlərə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul vəsaitini alaraq etibarlarından sui-istifadə edib aldatma yolu ilə dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zahid Ömərzadə barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycanın Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zahid Ömərzadə mayın 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib", -  qeyd olunub.
 

# 951
avatar

Oxşar yazılar