Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 97 qramdan artıq heroin, 102 qrama yaxın metamfetamin və 1 ədəd narkotik vasitələrin dövriyyəsində istifadə etdiyi bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 6 kiloqram 190 qram heroin, 3 kiloqramdan artıq metamfetamin, 1 kiloqram 145 qrama yaxın tiryək, 946 qramdan artıq marixuana, 200 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülüb.