Bakının mərkəzində 8 maşın qarət olundu
01 noyabr 2021 15:53 (UTC +04:00)

Bakının mərkəzində 8 maşın qarət olundu

Bakıda avtomobil qarət olunub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində “Nissan” markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması  da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar