Oğurlanan velosipedlər
02 mart 2021 11:48 (UTC +04:00)

Oğurlanan velosipedlər

Bakıda velosiped oğruları saxlanıldı

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı əvvəlcə Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən oğurluq etməklə yanaşı, 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub.

M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Binəqədi rayon 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.

Saxlanılanlar barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. M. Kazımov və F.İsmayılovun Binəqədi rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
 

# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar