Bakıda ŞOK  cinayət: qadın ərini döyməklə kifayətlənmədi...
11 avqust 2021 10:57 (UTC +04:00)

Bakıda ŞOK cinayət: qadın ərini döyməklə kifayətlənmədi...

Bakıda 3 ay əvvəl baş verən qətlin üstü açılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, bu il mayın 9-da saat 22 radələrində 69 yaşlı Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə bu il mayın 9-da saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib boğaraq mexaniki asfiksiya nəticəsində Rəşid Axundovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Avqustun 10-da İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12969
avatar

Mehman Nəbiyev

Oxşar yazılar